Rövşən Yerfi ilə müsahibə

Rövşən Yerfi ilə müsahibə

http://edebiyyat.az/sohbet/234-rovsen-yerfi-ile-musahibe.html

“Xaqani küçəsindən kim keçir, üzvlüyə qəbul edilir…”

1. Rövşən bəy, Azərbaycanda yazıçı olmaq çətindirmi?
– Əlbəttə. Yazar olmaq asandır, bir-iki hekayə, ya köşə yazırsan olursan yazar. Amma yazıçı kimi tanınmaq, cəmiyyətə yazıçılığını qəbul etdirmək çətindir. Təsəvvür edin ki, hər yüz adamdan üçü kitab alır (söhbət bədii ədəbiyyatdan gedir) on nəfəri oxuyur. Qalan 90 nəfər üçün sən yox kimisən. Nə istəyirsən yaz, xeyri yoxdu, bu adamlar üçün kitab almaq, ya oxumaq artıq pul itkisi, vaxt itkisidir. Kitabı yazırsan, çap, yayım, satış, reklam – hamısı da öncədən pulunu nağd istəyir, Bir fond ya təşkilat yoxdur ki, yazıçının kitabının nəşri ilə bağlı çətinliklərini bir az yüngülləşdirsin, vasitəçilik, kömək etsin. Qısası, şərait elə yaradılıb ki, kim necə bacarır, başını saxlasın. Belə bir mühitdə mənim üçün yazıçı o kəsdir ki, bazar üçün, maddi xeyir üçün yox, sinəsini boşaltmaq üçün yazır. Peşəkardır, sadəcə dayana, yazmaya bilmir..

Nə yaxşı ki, internet, virtual aləm var. Şəxsən mən oxucularımı əsasən internetin hesabına qazanmışam. Hazırda fəal oxucularımın, yəni yüklənmə edənlərin sayı 3 minə yaxınlaşmaqdadır. Oxumağa davam et

Advertisements

Yazıçı Rövşən Yerfinin “Müqəssir” əsərinin müzakirəsi

Yazıçı Rövşən Yerfinin “Müqəssir” əsərinin müzakirəsi

16 aprel 2019-cu il tarixində AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Müstəqillik dövrü Azərbaycan Ədəbiyyatı şöbəsində (H.Cavid prospekti 115, 4-cü mərtəbə otaq 465) Rövşən Yerfinin “Müqəssir” adlı kitabı müzakirə olundu.

Kitabın müzakirəsində AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu, filologiya elmləri doktoru, dosent Mərziyyə Nəcəfova, filologiya üzrə fəlsəfə doktoru Lalə Həsənova, böyük elmi işçi Mənzər Hüseynova, elmi işçi Hənifə Səlifova, şöbənin lobarantı Turan Qasımova iştirak etmişlər. Oxumağa davam et

BABA YURDU

BABA YURDU

(kənd melodraması)

(Ömür yoldaşıma həsr edirəm)

Zəng səsinə ayıldı. Cəld ayağa qalxdı. İlk iş günü idi. Gecikmək  olmazdı. O, öz arzusu ilə kəndə həkim işləməyə gəlmişdi. Hərgah dünən iş yerinə getmiş və ürəkaçmayan mənzərə ilə qarşılaşmışdı. İki nəfər işçi heyəti ilə səliqəsiz, baxımsız tibb məntəqəsini görmüşdü. Tibb bacısı Xeyransa xanım, təmizlik işlərinə  baxan, yaşlı olsa da, hələ qıvraq olan Hürü nənə idi işçiləri. O, isə hər halda “rəhbər” idi. Gülümsədi. Geyinib aşağı düşəndə  ev sahibləri həyətdə məşğul idilər. Mürsəl kişi həyət-bacanın səliqəsini görürdü, Tərgül xala samovar qaynadırdı.
-Sabahınız xeyir. Siz hər gün belə tezdən oyanırsız.
-Ay bala, aqibətin xeyirli olsun. Biz vərdişik. Səhərin təmiz havasını udmaqla belə cavan qalmışıq da, – deyə Mürsəl kişi güldü. – Hə, əlini yu gəl, arvad sənin xətrinə mənə də samovar çayı verər.
Tərgül xala bir az nazla, bir az da etirazla dedi:
-Ay kişi, bu nə sözdü, uşaq da elə bilər samovar çayını sənə qonaq gələndən-gələnə verirəm. Di yaxşı, çıxın yuxarı süfrə hazırdı. Oxumağa davam et

“Onlar azadlığa çıxanda elə gözəlləşirdi ki…” – Qadın məhbəsində xidmət etmiş yazıçı ilə müsahibə

“Onlar azadlığa çıxanda elə gözəlləşirdi ki…” – Qadın məhbəsində xidmət etmiş yazıçı ilə müsahibə

Məlumdur ki, dedi-qodunu, qeybəti qadınlar daha çox edirlər, hətta, bir çoxları özləri haqqında söhbətlərin yayılmasında maraqlı olurlar. Yəni, digər həmcinslərinə göstərmək üçün ki, “baxın, mən heç də elə-belə, adi qadın deyiləm”. Ona görə də son dərəcə məsuliyyətli olmalısan ki, adının hallanmasına səbəb yaratmayasan. Məsələn, ilk gündən mənə məsləhət edildi ki, məhkum qadın qəbuluna gələndə otağının qapısını örtmə, qapın həmişə açıq olsun. Bu şərtlər, baxımından qadınlarla işləmək daha çətindir.

Yazıçı Rövşən Yerfi belə düşünür.

Qeyd edək ki, müsahibimiz Pentensiar Xidmətdə işləmiş ilk yazıçıdır. İstefada olan ədliyyə mayorudur.

Rövşən Yerfinin  müsahibəsini təqdim edirik:

Oxumağa davam et

Ömür keçdi, gün keçdi…

Ömür keçdi, gün keçdi…

(hekayə)

(1989-cu il – tələbəlik illəri . Dövr dəyişsə də həyat dəyişməyib.)

Orxanın kefì yox ìdì. Daha çox əvvəllər pulu qurtaranda göylərìn bütün ağırlığını çìyìnlərìndə hìss edìrdì. Yalnız hava udmağa ìxtìyarı çatdığını və tamamìlə gərəksìzləşdìyìnì düşündükcə qəlbì ağrıyırdı. Pulu yaradana ürək dolusu lənətlər yağdırırdı. Sonralar tez-tez belə vəzìyyətə düşdüyündən pulunun olmamasına öyrəşdì. Oxumağa davam et

“Bu gün jurnalistə yazıçıdan daha çox qiymət verirlər” – MÜSAHİBƏ

“Bu gün jurnalistə yazıçıdan daha çox qiymət verirlər” – MÜSAHİBƏ

http://cebhe.info/%EF%BF%BDbu-gun-jurnaliste-yazicidan-daha-cox-qiymet-verirler–musahibe-96566

Yazıçı Rövşən Yerfi “Cümhuriyət” qəzetinin suallarını cavablandırıb. Müsahibədə ölkənin ictimai-siyasi və ədəbi çevrələrində baş verənlərdən danışılıb. Həmçinin, müsahibin ədəbi yaradıcılığına toxunulub.

Cebhe.info müsahibəni təqdim edir: Oxumağa davam et

Həsrət

Həsrət

(hekayə)

(Bu 30 il əvvəl qadın mövzusunda yazdığım ilk kiçik hekayəmdir. 23 yaşımda yazmışdım və rayon qəzetində dərc olunmuşdu. Kənddə yaşayan qızlarımızın vəziyyəti həmin sovet dövründən çoxmu dəyişib?… Müəllif)

Səhər saat altının yarısı, yuxununu ən şirin vaxtı ìdì. Kənd dərìn yuxuya dalmışdı. Göyün üzü azacıq ìşıqlaşsa da qaranlıq öz xoşuna çəkìlmək ìstəmìr, günəşin gəlişini gözləyirdi. Ürəyì sərìnlədən ìlıq səhər mehì xəfìf-xəfìf əsìrdì. Əsmət həyətdən çıxıb, bìr-bìrìnə yaxın tìkìlmìş evlərìn arasıyla ìrəlìlədì. On-on beş addım getmìşdì kì, arxadan gələn Qönçənìn səsìnì eşìtdì: Oxumağa davam et