YERFİ SİLSİLƏSİ


foto M. Həsənli

Azərbaycanımın Avropa hissəsində, Baş Qafqaz sıra dağlarından şimalda – Baba çayı ilə Cimi çayının qovuşub Vəlvələçay olduğu ərazidə, yan-yana cərgələnmiş baxdıqca göz oxşayan uca dağ zirvələri sanki, qonaqları, gələnləri qarşılayır, şəhərə sarı gedənləri yola salır.

Buradan, Çayqovuşandan başlayaraq üzüyuxarı yüksələn xəttlə, iyirmi üç kilometrdən çox şimal qərbə tərəf uzanan bu silsilə dağlar – Yerfi silsiləsi adlanır. Quba şəhərindən cənuba yol alanda uzaqdan silsilənin zirvələri əzəməti ilə üfüqlərə yaraşıq verir.

Hündürlüyü dəniz səviyyəsindən min yüz metrdən – iki min üç yüz metrədək yüksəklikdə dəyişən kiçik dağ silsiləsi, tarixinin min ilə yaxın yaşı olan doğma, qədim kəndimin adını daşıdığına görə mənim üçün digər dağ silsilələrindən daha artıq əzizdir.

Həm silsilə, həm də kənddən aralı cənub-qərb tərəfdə səmanı dələn, Baş Qafqazın sıra dağlarından biri olan Yerfi dağı (2069 metr) qəlbimin iftixar mənbəyidirlər. Onlar bu ərazidə Yerfinin nüfuz sərhədləridirlər.

İllər, əsrlər ötüb, dövrlər, zamanlar dəyişsə belə heç vaxt qürurunu itirməyən,nə şaha, nə gədaya baş əyməyən, göylərə, buludlara ucalan, başı dumanlı, çiskinli, həm də vüqarlı – Yerfi silsiləsi…

Gözəlliyi şöhrətli Yerfi xalçalarının naxışlarına köçən, qoynundakı yaylaqları səfalı, sərin havalı, ətəyindən axan suları dumduru, şəfalı, uşaqlıq illərimin cah-cəlalı, dağları səngərli – qalalı, elinə vəfalı – Yerfi silsiləsi…

Mən də qonağam, gələnlərdən biriyəm.Bir gün ətəyindən keçib gedəcəyəm. Gələnlər gedəcək, amma, sən qalacaqsan, dünya durduqca duracaqsan sıralanan möhtəşəm zirvələrinlə ey, Yerfi dağları – Yerfi silsiləsi…

01.10

Advertisements

Şərh yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.