Məhz BİZ…

Məhz BİZ…

Xalqın böyüklüyü qolunun gücündən, sərvətinin çoxluğundan yox, onun kitaba, ELMə olan münasibətindən başlayır.

Bizim toplum isə oxuduğu, eşitdiyi sözdən çox gözü ilə, baxmaqla ANLAYIR, əgər gördüyünü də “montaj” hesab etməsə… Bizimki  BAXMAQdı, düşünmək bizlik deyil. Biz ancaq başımıza iş gələndən sonra düşünürük. Ona görə də deyirik “müsəlmanın sonrakı ağlı…”

Əvvəldən olmayan ağlın sonradan olmasının da heç bir faydası olmur.

Oxumağa davam et

Mucru.art-ın təbriki

Mucru.art-ın təbriki

Bu gün istedaadlı nasir, Azərbaycan ədəbiyyatında özünəməxsus mövzuları ilə seçilən, bir çox ilklərlə yadda qalan yazıçı-publisist Rövşən Yerfinin 55 yaşı tamam olur.

Rövşən Yerfi 1965-ci ilin aprelin 23-də Quba rayonunun Yerfi kəndində anadan olmuşdur. 1972-1982-ci illərdə orta məktəbi oxumuş, 1982-ci ildən Bakı poçtamtında əmək fəaliyyətinə başlamışdır. 1983-1985-ci illərdə orduda qulluq etmişdir.

1986-1992-ci illərdə Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq-biblioqrafiya fakültəsində ali təhsil almışdır. 1991-1995-ci illərdə Səhiyyə Nazirliyinin orqanı olan “Şəfqət” qəzetində (indiki “Tibb qəzeti”) ilk məsul katib işləmişdir. 1995-2012 -ci illərdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin zabit əməkdaşı olmuş, müxtəlif rejimli cəzaçəkmə müəssisələrində böyük inspektor vəzifəsində xidmət etmişdir. İstefada olan ədliyyə mayorudur. Oxumağa davam et

Yazıçı Rövşən Yerfinin “Müqəssir” əsərinin müzakirəsi

Yazıçı Rövşən Yerfinin “Müqəssir” əsərinin müzakirəsi

16 aprel 2019-cu il tarixində AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Müstəqillik dövrü Azərbaycan Ədəbiyyatı şöbəsində (H.Cavid prospekti 115, 4-cü mərtəbə otaq 465) Rövşən Yerfinin “Müqəssir” adlı kitabı müzakirə olundu.

Kitabın müzakirəsində AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu, filologiya elmləri doktoru, dosent Mərziyyə Nəcəfova, filologiya üzrə fəlsəfə doktorları Lalə Həsənova və Xanverdi Turaboğlu, böyük elmi işçi Mənzər Hüseynova, elmi işçi Hənifə Səlifova, şöbənin lobarantı Turan Qasımova iştirak etmişlər. Oxumağa davam et

BABA YURDU

BABA YURDU

(kənd melodraması)

(Ömür yoldaşıma həsr edirəm)

Zəng səsinə ayıldı. Cəld ayağa qalxdı. İlk iş günü idi. Gecikmək  olmazdı. O, öz arzusu ilə kəndə həkim işləməyə gəlmişdi. Hərgah dünən iş yerinə getmiş və ürəkaçmayan mənzərə ilə qarşılaşmışdı. İki nəfər işçi heyəti ilə səliqəsiz, baxımsız tibb məntəqəsini görmüşdü. Tibb bacısı Xeyransa xanım, təmizlik işlərinə  baxan, yaşlı olsa da, hələ qıvraq olan Hürü nənə idi işçiləri. O, isə hər halda “rəhbər” idi. Gülümsədi. Geyinib aşağı düşəndə  ev sahibləri həyətdə məşğul idilər. Mürsəl kişi həyət-bacanın səliqəsini görürdü, Tərgül xala samovar qaynadırdı.
-Sabahınız xeyir. Siz hər gün belə tezdən oyanırsız.
-Ay bala, aqibətin xeyirli olsun. Biz vərdişik. Səhərin təmiz havasını udmaqla belə cavan qalmışıq da, – deyə Mürsəl kişi güldü. – Hə, əlini yu gəl, arvad sənin xətrinə mənə də samovar çayı verər.
Tərgül xala bir az nazla, bir az da etirazla dedi:
-Ay kişi, bu nə sözdü, uşaq da elə bilər samovar çayını sənə qonaq gələndən-gələnə verirəm. Di yaxşı, çıxın yuxarı süfrə hazırdı. Oxumağa davam et

“SANİTARLAR” (pyes)

“SANİTARLAR” (pyes)

(“Qazamat “sanitarları” adlı povestin motivləri əsasında pyes)

Hadisələr cəzaçəkmə müəssisəsində cərəyan edir.

İştirak edirlər:

Ayaz – 23 yaşında məhkum

İkram – 21 yaşında məhkum

İkramın arvadı – 18 yaşlı qadın

Nizam – 19 yaşında məhkum

Roma – 20 yaşında məhkum

Vüsal (Vüsalə) – 19 yaşında məhkum

İqrar – 21yaşında məhkum

Andrey – 30 yaşında

Qara geyimli məhkum – 26 yaşında

I nəzarətçi – 24 yaşında

II nəzarətçi – 28 yaşında

Görüş nəzarətçisi, gənc yaşlarında daha bir neçə  nəzarətçi və məhkumlar. Oxumağa davam et

“QARŞINIZA ÇIXARSA, ALIN OXUYUN”

“QARŞINIZA ÇIXARSA, ALIN OXUYUN”

Ötən gün millət vəkili Fazil Mustafa facebook sosial şəbəkəsindəki şəxsi profilində yazıçı Rövşən Yerfinin kitablarından üçünün oxuyub tamamlaması haqqında yazıb.

Millət vəkili həmin kitablar haqqında təəssüratını da sosial şəbəkə dostları ilə paylaşmışdır:

“Yazar Rövşən Yerfinin 3 kitabı ilə tanış oldum. Həbsxana həyatının ən aktual məsələlərinə aydınlıq gətirib. Bu mövzuda açığı son illərdə belə realist və sanballı əsərlər oxumamışdım. Xüsusilə də, “Penitensiar lövhələr” islahatçı görüşlərlə zəngindir. İnsanların həbsxanada gerçəkdən islah olunmasının yollarını və mövcud strukturun nöqsanlarını sistemli şəkildə göstərir.” Oxumağa davam et

Masum katil

Masum katil

“ MASUM KATİL “

 

İsa peygamber onlara söyledi: “Sizlerden

kim masumsa ona ilk taş atsın.”

 

Kapı ağır-ağır çalındı.

-Kız, İnci, yeter uyuduğun, bu kadar uyumunmaz ki, hadi kalk, duydunmu beni?

Mesme idi onu sesleyen

-Ne var yine?-yarıuykulu söylendi.

-Belki oda lazımdır ona? Bunun içinmi bu yaygara?

Uykusuzluktan ağırlaşan göz kapaklarını güçlükle açıp, karşı duvardaki dörtken saate baktı.Gün öğleni geçti, akşama doğruydu. Oxumağa davam et

Məhbəs nəsri: dünyada və bizdə


rovsen-yerfi-525ci-qezetRövşən YERFİ

Nə cəza, nə də cəza yerləri yeni dövrümüzün icadı deyil. Cəmiyyət və dövlətin yaranışından, formalaşmasından bəri azadlıqdan məhrum etmə ilə bağlı bir çox cəza növləri tətbiq edilib.

Bu məqsədlə Şərq ölkələrində əsasən zindanlardan istifadə olunurdusa, XVIII əsrdən başlayaraq İngiltərə və Fransada məhkumları uzaq qitələrdəki koloniyalara sürgünə yollayırdılar. Çar Rusiyasında isə Sibirdən Saxalinədək geniş ərazini cəzalananların sürgün yerinə çevirmişdilər. Və şübhəsiz ki, belə cəza tədbirləri zamanı məhbəs əzabı çəkmiş yaradıcı insanlarının iztirablarını ifadə edən ədəbi yazılar müxtəlif xalqların ədəbiyyatlarında təzahür etməyə başlamışdı. Oxumağa davam et