Həyat mənasızmı?


http://www.dayaq.org/index.php?action=static_detail&static_id=59646

Tanrım dünyada heç nəyi təsadüfi və ya əbəs yerə yaratmayıb. Gördüyümüz və görə bilmədiyimiz hər şeyi, canlı-cansız bütün varlıqları zərurətdən yaradıb. Sadəcə olanları dərk etməyə çox vaxt  zəkamız çatmır. Ona görə də anlaya bilməməyimizdən bəzən həyatı mənasız hesab edirik. Dərk etmək üçün aləmi öyrənməyə cəhd edəndə isə Tanrı qüdrəti qarşısında  cılızlığımızı görüb sustalırıq. Bəlkə də, bu səbəbdən Tanrı alimin mürəkkəbini şəhid qanı ilə bir tutur…    Oxumağa davam et

Advertisements

Pul düşükləri


http://www.dayaq.org/index.php?action=static_detail&static_id=59439

Pula qul olanlara…

Bəziləri kitablarımla tanış olarkən məndən maraqla soruşurlar:
-Yazdıqlarından nə qədər qazanırsan?
-Qazanıram, – deyirəm, – pul yox, hiss qazanıram.
-Necə hiss, anlamadıq?
-Oxuyanların rəğbət hissini, bir də boş yerə yaşamadığımı, özümü gərəkli hesab etmə hissini…
Cavabımdan məni axmaq hesab edib, ürəklərində yazığı gələn bu binəvalar hissin qiymətini haradan bilsinlər? Yanılmıramsa belələri, heç şübhəsiz, dünyaya hiss deyil, pul qarşılığında gəlmişlər. Mayadan təməli belə qoyulduğuna görə pul onlar üçün vasitədən çox məqsəddir. Odur ki, hissə, ruha biganə qalıb maddi varlığa, pula sitayiş edirlər. Oxumağa davam et

Üzü axirətə


http://kultaz.com/2011/11/23/rovsen-yerfi-uzu-axirete-esse/

Gedirik anbaan dayanmadan, vaxt selinin ахаrındа üzü Ахirətə – istəsək də, istəməsəк də. Ахirət аləminin varlığınа inанsаq da, inаnмаsаq dа. Еlə də çох uzаq deyil. Yaxınlığı gözlə qaşın аrаsı qədər. Мüqəddəs Кitаbdа yazıldığı kimi: «Hər bir ümmət üçün мüəyyən еdilmiş  bir vахt vardır. Vaxtları çatdıqdа оnlar nə bir аn geri qalar, nə də önə кеçərlər». Hələliк yaşadığın мüvəqqəti «qonaqlıqdа» – nə yedin, nə içdin, nə хоş gördün, sənindi. Bаşqа gördüklərin ötəridi, heç kimindi… Oxumağa davam et

Sözün qüdrəti


 Allah kimdir? Fövqəlbəşər qüvvə, kainatın ulu, şəriksiz memarı, insanın mövcudluğunun səbəbkarı, yaradıcısı, yaratdığı qulun yiyəsi, ağası, böyüyü… Bu azman Ağa, Yenilməz Böyük nə istəyir qullarından? Verdiyi öyüd-nəsihətlə zəngin müqəddəs kitabın göstərdiyi yola uyğun yaşamaq və son nəfəsinədək Ona dua edib ibadətdə olmaq! Bunun üçün insan hər şeydən əvvəl nə etməlidir? Məyusedici də olsa, qorxmalıdır. Pis gündən, əzabdan, cəzadan, nəhayət cəhənnəmdən qorxmalıdırlar. Olmazdımı ali şüurlu insana qorxusuz, hürküsüz, özünəlayiq münasibət göstəriləydi?

Oxumağa davam et

Dostuma elegiya


Yazıçı ömrünü yaşamaqdan usanmış dostumun əziz xatirəsinə


 O, daha yox idi. Yəni, qəribə də olsa səssiz-küysüz  aramızdan getmişdi. Yalnız surəti bir müddətlik yaddaşlarda, xatirələrdə ilşib qalmışdı. Cismi metryarımlıq torpağın altında, ruhu isə hələ dəqiq yerinin təyinatını gözləyənədək göylərdə vaxtını ötürürdü.
Ölümünün qəribəliyi onda idi ki, öləcəyini özü də daxil olmaqla kimsə gözləmirdi. Oxumağa davam et

Köləlikdən qalan riyakarlığa son qoymalıyıq


http://www.dayaq.org/index.php?action=static_detail&static_id=58114

 

 Bu günlərdə internetdə Rusiyaya məxsus şəbəkələrin birində bizim cavanlarla ermənilərin həmişə baş verən bir mübahisəsinə rast gəldim. Təbii ki, ehtiraslar coşur, mübahisə bəzən təhqirə də keçirdi. Buna artıq öyrəşmişik. Mənim xoşlanmadığım cəhət isə rus familyalı şəxslərin söhbətə qarışıb  bizləri qınamaları idi: qonşu ola-ola bir-birini qırırsınız, məğlubiyyətinizin yanğısından nə etdiyinizi bilmirsiniz, və sair… Oxumağa davam et

Bütövsüzlük sindromu


 Ötən həftələrdə mətbuatda xəbər yayıldı ki, tezliklə Bakının küçələrindəLondon taksiləri şütüyəcək. Fikirləşdim ki, deyəsən bizdə doğrudan da avropolaşmaya doğru addımlar atılır. Sonra məlum oldu ki, taksilərin özü yox, forması Londonun imiş. Avtomobillər Çində istehsal olunurmuş. Daha doğrusu bu maşınlar Londonvari çin taksiləri imiş…Alınan qanunauyğunluğa, oxşarlığa heyrətləndim. Avropa qiyafəli, Asiya istehsalı olan aldığımız mal necə də özümüzəbənzəyirmiş. Elə biz də avropalaşmış asiyalılar deyilikmi?.. Oxumağa davam et