Rövşən Yerfi. Mənim gündəliklərim (1987-1989-cu illər)

Rövşən Yerfi. Mənim gündəliklərim (1987-1989-cu illər)

İlk gündəlik qeydlərim şagird gündəliklərində olub. O gündəliklərdə tətil günlərini, bayramları, ekskursiya və ya məktəbdə keçirilən tədbirləri qeyd edərdim. Sonralar o zamanlar çap olunan “kalendar – dnevnik” jurnallarından istifadə edirdim. Əsas məqsədim baş verən hadisələri unutmamaq, lazım gələndə dəqiqliyi ilə xatırlaya bilməyim üçün idi.

Nəhayət 25 iyul 1987-ci ildən qalın ümumi dəftərdə yazmağa başlamışam. Burada fikirlərimi, hisslərimi yox, özümə lazım maraqlı baş verənləri, bir neçə cümlələrlə qeyd etmişəm. Məsələn, rayona, kəndə gedib qayıtdığım günlər, əhəmiyyətli saydığım adamlarla görüşlərim, getdiyim toylar,    hətta o toylarda verdiyim şabaşların miqdarı, “Neftçi” futbol komandasının harada, kiminlə oynaması, oyunların hesablarını da yazmışam. Oxumağa davam et