“Qubalı qız”lar haqqında


Quba

Bu yazını ötən ilin aprelində yazmışdım. Kiçik əlavələr edib, qarşıdan gələn 8 Mart – Beynəlxalq Qadınlar günü münasibəti ilə onu bir daha diqqətə gətirərək Qubalı xanımların timsalında bütün qadınların bayramını təbrik edirəm! 

Son illərdə unudulmaz müğənnimiz Məmmədbağır Bağırzadənin ifasından sonra (“Qubalı qız” mahnısını xalq artistləri Şövkət Ələkbərova və Gülağa Məmmədov da oxuyub) yaddan çıxmaqda olan mahnılardan biri də “Qubalı qız”dır. Sözləri xalq şairi Süleyman Rüstəmin, musiqisi İbrahim Topçubaşova məxsus bu mahnı ağlım kəsəndən daim həzinliyi ilə ürəyimi riqqətə gətirib, düşündürüb: İbrahim bəy görəsən mahnını daha çox kimə görə – anasına, yoxsa həyat yoldaşınamı bəstələmişdi? Əslində seçimdə fərq yox idi, nəticə baxımından bəstəsində bütün qəlbi ilə qubalı qızına məhəbbətini vəsf etmişdi. Şəxsən mən mahnını dinləyəndə özümdən asılı olmayaraq həyatımda ən əziz insan olan erkən itirdiyim anamı xatırlayıram. Anası, nənəsi, həyat yoldaşı qubalı qızı olan bütün insanlar, şübhə yox ki, buna bənzər xoş hisslər keçirirlər. Oxumağa davam et