Rövşən Yerfi: “Son 10 ildə özümü yazıçı hesab edirəm”

Rövşən Yerfi: “Son 10 ildə özümü yazıçı hesab edirəm”

Suallarımızı yazıçı Rövşən Yerfi cavablandırdı.

– Rövşən müəllim, indi hansı əsər üzərində çalışırsınız? Sirr deyilsə…

– İlk növbədə söhbətə dəvət etdiyiniz üçün təşəkkür edirəm. Xasiyyətim elədir ki, daim səmimi olmaq istəyirəm, sirr saxlamağı xoşlamıram. Düzünü deyim ki, hazırda heç bir ciddi əsər üzərində çalışmıram. Həyatımın qayğılar baxımından ən çox artan dövrünü yaşayıram, Onların çoxluğundan hələki istədiyim yaradıcılıq aurasına daxil ola bilmirəm. Arabir mövzu məni tutanda hekayə, kişik esse yazıram, xeyli vaxt olar povest, roman yazmağım alınmır. Qadın mövzusunda və həm də qadın  həbsxanasından bəhs edəcək yeni povestimin girişini bir il olar yazıb dayandırmışam. Bir səbəbi ovqatımın olmamasıdırsa, digər səbəbi olmuş bəzi hadisələrin köhnəlməsini gözləməyimdir. Əgər taleyimdə varsa, inanıram ki, Allah başladığım bu işi tamamlamağa imkan verəcək. Yazıçı ən böyük Yaradıcının iradəsini yazıya köçürən duyumlu bir icraçıdır, mənim fikrimcə…

– İlk hekayəniz 1989-cu ildə dərc olunub. Düz 30 il bundan əvvəl. 30 illik yolu hansı mərhələlər bölmək olar? Oxumağa davam et

“Qubalı qız”lar haqqında


Quba

Bu yazını ötən ilin aprelində yazmışdım. Kiçik əlavələr edib, qarşıdan gələn 8 Mart – Beynəlxalq Qadınlar günü münasibəti ilə onu bir daha diqqətə gətirərək Qubalı xanımların timsalında bütün qadınların bayramını təbrik edirəm! 

Son illərdə unudulmaz müğənnimiz Məmmədbağır Bağırzadənin ifasından sonra (“Qubalı qız” mahnısını xalq artistləri Şövkət Ələkbərova və Gülağa Məmmədov da oxuyub) yaddan çıxmaqda olan mahnılardan biri də “Qubalı qız”dır. Sözləri xalq şairi Süleyman Rüstəmin, musiqisi İbrahim Topçubaşova məxsus bu mahnı ağlım kəsəndən daim həzinliyi ilə ürəyimi riqqətə gətirib, düşündürüb: İbrahim bəy görəsən mahnını daha çox kimə görə – anasına, yoxsa həyat yoldaşınamı bəstələmişdi? Əslində seçimdə fərq yox idi, nəticə baxımından bəstəsində bütün qəlbi ilə qubalı qızına məhəbbətini vəsf etmişdi. Şəxsən mən mahnını dinləyəndə özümdən asılı olmayaraq həyatımda ən əziz insan olan erkən itirdiyim anamı xatırlayıram. Anası, nənəsi, həyat yoldaşı qubalı qızı olan bütün insanlar, şübhə yox ki, buna bənzər xoş hisslər keçirirlər. Oxumağa davam et

Sən belə deyildin, əzəl ay Quba…

Sən belə deyildin, əzəl ay Quba…

http://ann.az/az/45754/sən-belə-deyildin-əzəl-ay-quba/

İnsan yaranışında valideyni ilə yanaşı  vətənini, doğulduğu ərazini də seçmək imkanından xaricdir. Bu baxımdan taleyimə Quba rayonunda dünyaya gəlmək yazılıb. Bununla fəxr etdiyim vaxtlarım da olub, kədərlənən anlarım da…
Hələ yeniyetmə çağlarımda, sovet dövründə hakimiyyətin Qubaya olan soyuq, laqeyd münasibətini duyanda qəlbən qubalı olmağıma acıyırdım. Elə təsəvvür yaradılmışdı ki, beş rayondan ibarət  böyük bir bölgənin mərkəzi sayılan Quba rayonunda almadan dəyərli heç nə yoxdur. Nə elm varmış, nə mədəniyyət, nə sənətkarlıq, yalnız  bir ağappaq Quba alması vardı. Ona görə də hamı Quba deyəndə gözünün qarşısına ilk öncə alma gəlirdi.Adama elə gəlirdi ki, bu rayonun tanınmış ziyalısı da yox dərəcəsindədir. Olanlar da sanki, gizlənirdilər, qubalılığının üzə çıxmasını istəmirdilər. Bütün bunlar yuxarıların Mircəfər Bağırova olan kin-kidurətinin nəticəsi idi. Bu acığdan  yayınmaq, qorunmaq naminə vəzifədə işləyənlər yerliçilik hissini də yadırğamışdılar. Oxumağa davam et