Rövşən Yerfi: “Son 10 ildə özümü yazıçı hesab edirəm”

Rövşən Yerfi: “Son 10 ildə özümü yazıçı hesab edirəm”

Suallarımızı yazıçı Rövşən Yerfi cavablandırdı.

– Rövşən müəllim, indi hansı əsər üzərində çalışırsınız? Sirr deyilsə…

– İlk növbədə söhbətə dəvət etdiyiniz üçün təşəkkür edirəm. Xasiyyətim elədir ki, daim səmimi olmaq istəyirəm, sirr saxlamağı xoşlamıram. Düzünü deyim ki, hazırda heç bir ciddi əsər üzərində çalışmıram. Həyatımın qayğılar baxımından ən çox artan dövrünü yaşayıram, Onların çoxluğundan hələki istədiyim yaradıcılıq aurasına daxil ola bilmirəm. Arabir mövzu məni tutanda hekayə, kişik esse yazıram, xeyli vaxt olar povest, roman yazmağım alınmır. Qadın mövzusunda və həm də qadın  həbsxanasından bəhs edəcək yeni povestimin girişini bir il olar yazıb dayandırmışam. Bir səbəbi ovqatımın olmamasıdırsa, digər səbəbi olmuş bəzi hadisələrin köhnəlməsini gözləməyimdir. Əgər taleyimdə varsa, inanıram ki, Allah başladığım bu işi tamamlamağa imkan verəcək. Yazıçı ən böyük Yaradıcının iradəsini yazıya köçürən duyumlu bir icraçıdır, mənim fikrimcə…

– İlk hekayəniz 1989-cu ildə dərc olunub. Düz 30 il bundan əvvəl. 30 illik yolu hansı mərhələlər bölmək olar? Oxumağa davam et

Rövşən Yerfinin “Qubanın ağ alması”

Rövşən Yerfinin “Qubanın ağ alması”

Dillər əzbəri olan “Qubanın ağ alması” mahnısına Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, onlarla kitabın müəllifi Rövşən Yerfi tamamilə başqa bir müstəvidən yanaşıb.

Rakus.az xəbər verir ki, sosial şəbəkədə paylaşılan essenin xüsusi əhəmiyyət kəbs etməyinə baxmayaraq yazıçı maraqlı bir giriş verib:

“Buyurun, YENİ kiçik ESSEm (istəyən oxumaya bilər) …”

Kim tərəfindən ifa edilməsinə fərq qoymadan, dinləməkdən heç vaxt yorulmadığım xalq mahnılarından biri, bəlkə də birincisi “Qubanın ağ alması”dır. Bu mahnı əhvalımdan asılı olmayaraq daim xəyalımı məndən alıb ümmanlara aparır. Oxumağa davam et

Rövşən Yerfinin “Qubalı qız”ları – VİDEO


Roma Xosrov - "Qubalı qız"lar (müəllif: Rövşən Yerfi)

Rövşən Yerfi – “Qubalı qız”lar (esse)

Yarandığı vaxtdan dillər əzbəri olan və sevilə-sevilə dinlənilən “Qubalı qız” mahnısına nasir, Penitensiar Xidmətdə işləmiş ilk yazıçı, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, onlarla kitabın müəllifi Rövşən Yerfi yeni müstəvidən yanaşıb.

Rakus.az xəbər verir ki, sosial şəbəkədə paylaşılan esse qısa vaxt ərzində geniş izlənilərək yüksək bəyənilib. Oxumağa davam et

Sən belə deyildin, əzəl ay Quba…

Sən belə deyildin, əzəl ay Quba…

http://ann.az/az/45754/sən-belə-deyildin-əzəl-ay-quba/

İnsan yaranışında valideyni ilə yanaşı  vətənini, doğulduğu ərazini də seçmək imkanından xaricdir. Bu baxımdan taleyimə Quba rayonunda dünyaya gəlmək yazılıb. Bununla fəxr etdiyim vaxtlarım da olub, kədərlənən anlarım da…
Hələ yeniyetmə çağlarımda, sovet dövründə hakimiyyətin Qubaya olan soyuq, laqeyd münasibətini duyanda qəlbən qubalı olmağıma acıyırdım. Elə təsəvvür yaradılmışdı ki, beş rayondan ibarət  böyük bir bölgənin mərkəzi sayılan Quba rayonunda almadan dəyərli heç nə yoxdur. Nə elm varmış, nə mədəniyyət, nə sənətkarlıq, yalnız  bir ağappaq Quba alması vardı. Ona görə də hamı Quba deyəndə gözünün qarşısına ilk öncə alma gəlirdi.Adama elə gəlirdi ki, bu rayonun tanınmış ziyalısı da yox dərəcəsindədir. Olanlar da sanki, gizlənirdilər, qubalılığının üzə çıxmasını istəmirdilər. Bütün bunlar yuxarıların Mircəfər Bağırova olan kin-kidurətinin nəticəsi idi. Bu acığdan  yayınmaq, qorunmaq naminə vəzifədə işləyənlər yerliçilik hissini də yadırğamışdılar. Oxumağa davam et