“Lənətə gələnlər” Android mobil sistemində

“Lənətə gələnlər” Android mobil sistemində

Çapp mobil nəşriyyatı “Lənətə gələnlər” povestini “Android” mobil sistemində yerləşdirdikdən sonra hər kəs onu telefonunda və ya planşetində mütaliə edə bilər. Bunun üçün cihazın “Play market” yerinə daxil olub axtarış yerinə lənətə gələnlər yazaraq yükləmək lazımdır.

Link: https://play.google.com/store/apps/details?id=com.elix.lenete_gelenler

Siz də “lənətə gələnlər”dənsiniz!

Siz də “lənətə gələnlər”dənsiniz!

Rüfət Səid

Rövşən Yerfinin “Lənətə gələnlər” povesti ilə aprel ayında tanış oldum. Müəllifin digər əsərlərini də oxumuşdum. Məsələn, “Üzdəniraq ada”da həm zindan həyatını, həm də cəmiyyətin bir çox tərəflərini görmək olar. Kiçik cəmiyyətdə – cəzaçəkmə müəssisəsində daha çox bəşərilik daşıyan acı həqiqətlər adamın üzünə amansız şəkildə çırpılır. Bunu müəllif öz əsərində ustalıqla verə bilib.

“Lənətə gələnlər” isə həbsxana həyatından bəhs etmir. Tez-tez rastlaşdığımız, eşitdiyimiz şeylərdir. Təəssüfləndiyimiz, amma heç cür həllini tapa bilmədiyimiz şeylər. Bəs onda oxumağa nə gərək var? Oxumağa davam et

“Qubalı qız”lar haqqında


Quba

Bu yazını ötən ilin aprelində yazmışdım. Kiçik əlavələr edib, qarşıdan gələn 8 Mart – Beynəlxalq Qadınlar günü münasibəti ilə onu bir daha diqqətə gətirərək Qubalı xanımların timsalında bütün qadınların bayramını təbrik edirəm! 

Son illərdə unudulmaz müğənnimiz Məmmədbağır Bağırzadənin ifasından sonra (“Qubalı qız” mahnısını xalq artistləri Şövkət Ələkbərova və Gülağa Məmmədov da oxuyub) yaddan çıxmaqda olan mahnılardan biri də “Qubalı qız”dır. Sözləri xalq şairi Süleyman Rüstəmin, musiqisi İbrahim Topçubaşova məxsus bu mahnı ağlım kəsəndən daim həzinliyi ilə ürəyimi riqqətə gətirib, düşündürüb: İbrahim bəy görəsən mahnını daha çox kimə görə – anasına, yoxsa həyat yoldaşınamı bəstələmişdi? Əslində seçimdə fərq yox idi, nəticə baxımından bəstəsində bütün qəlbi ilə qubalı qızına məhəbbətini vəsf etmişdi. Şəxsən mən mahnını dinləyəndə özümdən asılı olmayaraq həyatımda ən əziz insan olan erkən itirdiyim anamı xatırlayıram. Anası, nənəsi, həyat yoldaşı qubalı qızı olan bütün insanlar, şübhə yox ki, buna bənzər xoş hisslər keçirirlər. Oxumağa davam et

Sən belə deyildin, əzəl ay Quba…

Sən belə deyildin, əzəl ay Quba…

http://ann.az/az/45754/sən-belə-deyildin-əzəl-ay-quba/

İnsan yaranışında valideyni ilə yanaşı  vətənini, doğulduğu ərazini də seçmək imkanından xaricdir. Bu baxımdan taleyimə Quba rayonunda dünyaya gəlmək yazılıb. Bununla fəxr etdiyim vaxtlarım da olub, kədərlənən anlarım da…
Hələ yeniyetmə çağlarımda, sovet dövründə hakimiyyətin Qubaya olan soyuq, laqeyd münasibətini duyanda qəlbən qubalı olmağıma acıyırdım. Elə təsəvvür yaradılmışdı ki, beş rayondan ibarət  böyük bir bölgənin mərkəzi sayılan Quba rayonunda almadan dəyərli heç nə yoxdur. Nə elm varmış, nə mədəniyyət, nə sənətkarlıq, yalnız  bir ağappaq Quba alması vardı. Ona görə də hamı Quba deyəndə gözünün qarşısına ilk öncə alma gəlirdi.Adama elə gəlirdi ki, bu rayonun tanınmış ziyalısı da yox dərəcəsindədir. Olanlar da sanki, gizlənirdilər, qubalılığının üzə çıxmasını istəmirdilər. Bütün bunlar yuxarıların Mircəfər Bağırova olan kin-kidurətinin nəticəsi idi. Bu acığdan  yayınmaq, qorunmaq naminə vəzifədə işləyənlər yerliçilik hissini də yadırğamışdılar. Oxumağa davam et

“Üzdəniraq ada” romanından parça


Hörmətli oxucular!

Həbsxana həyatından bəhs edən “Üzdəniraq ada” adlı əsərimdən bir parçanı sizin ixtiyarınıza buraxıram. Bildirmək istəyirəm ki, bu roman əvvəllər iki dəfə kitab halında çap olunub. Çap olunan 400 nüsxədən satışda qalmadığı üçün üçüncü dəfə nəşr olunmasını məqsədəuyğun hesab edirəm. Bu işdə məhkum hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatların dəstəyinə ehtiyacım var.

Müəllif

Oxumağa davam et

Biz xoşbəxt millətik…


Yaxın ötən həftənin
söhbətidir. Şimali Koreyada, yəni Koreya Xalq Demokratik Respublikasında dövlət başçısının ölümünə axıdılan Koreya camaatının göz yaşları günlərlə dünya mətbuatının maraq dairəsində olan mövzulardan birinə çevrildi. İnsanların elliklə zarıyıb ağlaması, hələ azmış kimi yerə sərilib asfaltı yumruqları ilə döyəcləmələri, özlərini isterik həddə çatdırmaları heyrətləndirici, müdhiş bir mənzərə yaratmışdı. Bu biçarələr, bəlkə də, öz əzizlərini, doğmalarını itirəndə özlərini belə didib dağıtmamışdılar. Təəccüblənməyə bilmirsən. Doğrudanmı xalq öz istəkli diktatorunu bu dərəcədə böyük məhəbbətlə sevir? İnanmaq olmur ki, ölkə rəhbərini də bu sayaq sevmək olarmış… Oxumağa davam et

Öncə türk, yoxsa müsəlman?…


http://www.dayaq.org/index.php?action=static_detail&static_id=57897

Müstəqilliyimizin yaşının iyirmi ilə çatmasına baxmayaraq aramızda hələ də bəzilərindən kimliyini soruşanda milliyətindən qabaq ilk növbədə müsəlman olduqlarını deyirlər. Onlara görə müsəlman olduqlarını düşünmək, sanki, türk olmaqdan çox-çox şərəflidir. Elə bil türk hesab edilərlərsə qınağa tuş gələrlər, özgələrə yarınmaqdan məhrum olunarlar, təklənərlər, alçalarlar… Oxumağa davam et

Həzrət Baba ziyarəti


Neçə illərdir, hey arzulasalar da keçmiş məktəb dostları vaxt tapıb görüşüb bir yerə yığışa bilmirdilər. Hər dəfə birinin başına gözləmədəyi iş gəlir, ya da bir yarıtmaz hadisənin ucbatından niyyətləri alınmırdı.

Onlar dörd dost idilər – Saleh, Səfər, Şamil və Dəyanət. Aralarında iki-üç yaş fərqi olsa da məktəb illərindəki yoldaşlığı yadırğamamışdılar. İlin fəsilləri dəyişəndən-dəyişənə ya zəngləşib uzun-uzadı söhbətləşər, ya da bir-birlərinə işi düşəndə görüşərdilər. Qalan vaxt təsadüfən toyda, daha çox isə yas mərasimlərində rastlaşırdılar. Rastlaşdıqları üçün ölənə rəhmət oxusalar da, belə ayaqüstü görüşdən sonra hər dəfə günlərin birində toplaşıb ürək dolusu dərdləşmək, əylənmək arzusu ilə ayrılırdılar. Gəl ki, illər boyu bu dörd dostun dördünün də eyni anda qayğısız, boş olan vaxtı olmurdu. Oxumağa davam et

Azərbaycanda Avropa darvazası tikilməlidir!


“Əli və Nino” romanı hələ ötən əsrin əvvəlində belə Bakının Avropaya, yoxsa Asiyaya aidliyi ilə bağlı gedən mübahisə ilə başlayır. Çoxumuz orta məktəbdə, universitetdə oxuyarkən müzakirə və diskussiyalarda tez-tez “Şərq bizdən başlayır, bəs Avropa haradan başlayır” sualı ilə rastlaşmışıq. Hər dəfə bu barədə düşünəndə xəritədə maraqla aramalı olmuşuq:

Qafqazda Avropanı Asiyadan ayıran nöqtələr hansılardır? Bildiyimizə görə, söz gedən ərazidə qitələri bölən məlum sərhəd coğrafiya elmində hələlik şərti qəbul edilir. Doğrudur, alimlərin əksəriyyəti Şimali Qafqazdakı Kuma Maneç çökəkliyindən keçən sərhədi əsas götürürlər. Lakin mübahisəli hesab edilən bu məsələdə kifayət qədər alimlər isə Avropanı Asiyadan ayıran xəttin Xəzər dənizi – Baş Qafqaz sıra dağları – Qara dəniz boyunca keçdiyini qeyd edirlər. Oxumağa davam et